| Xatırladaq ki, zərərçəkimşin şikayət
ərizəsinə əsasən, Yasamal rayon polis idarəsinin 28-ji polis bölməsində
başlanan jinayət işi Bakı Şəhər Baş Polis İdarəsində davam etdirilib
və hadisənin geniş rezonans doğurması nəzərə alınaraq, martın
20-dən Baş Prokurorluğun Ağır Jinayətlərə Dair İşlər üzrə İstintaq
İdarəsinin ijraatına verilib. Araşdırmalar nətijəsində Aqil Xəlilin
43 yaşlı Bakı şəhər sakini qeyri-ənənəvi seksual orientasiyalı
Sergey Strekalin adlı şəxslə jinsi münasibətlərə görə və qorxutma
motivi əsasında bıçaqlandığı bildirilir. Prokurorluğun məlumatından
aydın olur ki, S.Strekalin martın 13-də təsadüfən maşınla keçərkən
Aqili görüb.Maşını saxladaraq, düşüb və jurnalisti maşına dəvət
edib, bir əli ilə boynundan tutaraq, digər əli ilə ürəyinə bıçaq
zərbəsi vurub. Bildirilir ki, belə sərt hərəkətlərə səbəb Aqilin
onunla münasibətlərə son qoyması olub.Respublika Baş Prokurorluğunun
məlumatında o da qeyd olunur ki, deyilənlər şahid ifadələrində
və istintaq orqanları tərəfindən açılması məqsədə uyğun sayılmayan
qeyri-etik mesaclar və təkliflərin «Azərsell» telefon müəssisəsindən
götürülən çıxarışlarında da təsqdiq olunub. A.Xəlilin Sergeyə
göndərdiyi 16 ədəd mesacın birində hətta onu öz idmançı dostu
ilə tanış etmək istədiyi də vurğulanır. Sergey Strekalinin istintaqa
ifadəsində Aqil Xəlilin əvvəllər onun mənzilində Xalis Məmmədov
və kişi jinsinə mənsub olan digər şəxslərlə də jinsi əlaqədə olduğu
göstərilir. Qeyd edək ki, dünən AzTV-nin istintaq materialları
əsasında hazırladığı verilişdə curnalistin özü də bir sıra faktları
etiraf edib. Belə ki, o, Sergey Strekalinlə üzləşmə zamanı onunla
çoxdan tanış olduğunu bildirib. A.Xəlilin sözlərinə görə, S.Strekalinlə
qız tanışlarından biri vasitəsilə əlaqə qurub və onlar bir neçə
dəfə Sergeyin evində olublar. Onu da qeyd edək ki, Sergey Strekalin
Jinayət Məjəlləsinin qəsdən sağlamlığa az ağır xəsarət yetirmə
və satış məqsədi olmadan qanunsuz şəkildə narkotik vasitələri
əldə etmə və saxlama maddələri ilə təqsirləndirilib və barəsində
həbs qətimkan tədbiri seçiilib. «İstintaq tərəfindən toplanmış
çoxsaylı təkzibedilməz sübutlarla hadisənin Aqil Xəlilin curnalist
kimi peşə fəaliyyəti ilə deyil, onun əxlaq normalarına sığmayan
hərəkətləri nətijəsində, qeyri-ənənəvi orientasiyaya mənsub şəxslərlə
ünsiyyətindən irəli gələn münasibətlər zəmnində intiqam almaq
məqsədilə baş veridiyi müəyyən edilib »- deyə prokurorluğun məlumatında
bildirilir.Həmçinin, Baş Prokurorluq «Azadlıq» qəzetinin rəhbərliyini
ibtidai istintaq məlumatlarını yaymaqla qanunun tələblərini pozmaqda
günahlandırır. Fevralın 18-də Zeytun bağında baş vermiş hadisəyə
gəlincə, prokurorluğun açıqlamasına görə, həmin vaxt ümumiyyətlə
heç nə baş verməyib və curnalist hər şeyi uydurub.
|