İsgəndər Həmidov siyasətdən getdi.AMDP sədrliyindən istefa verən İ.Həmidov kitab yazmağı düşünür.Mən səhvlərimə görə üzr istəyirəm. Amma Azərbayjan jəmiyyəti bilsin ki, heç vaxt heç kimə, xüsusilə millətə xəyanət etməmişəm”. Bunu APA-ya açıqlamasında Azərbayjan Milli Demokrat Partiyasının (AMDP) sədri vəzifəsindən istefa vermiş, keçmiş daxili işlər naziri İsgəndər Həmidov deyib. O bildirib ki, artıq siyasətdən getməklə bağlı qərar qəbul edib. Buna səbəb onun ibadətlə məşğul olmasıdır. İ. Həmidov bu addımı ilə həm də Azərbayjanda çoxdan bəri partiya sədrləri postunda olanlara nümunə göstərmək istədiyini söyləyib: “İbadətlə məşğul olan şəxs yalan danışmamalıdır. Artıq 60 yaşım tamam olur. Kərbəlaya gedib, Allaha daha da yaxın olmaq istəyirəm. Mən daxili işlər naziri olanda da istefa mədəniyyəti nümayiş etdirmişəm. Heç kim əvəzolunmaz deyil, partiya sədri də tapılajaq. Amma qərar verdim ki, mənim üçün siyasətlə məşğul olmaq daha bəsdir”.

O, indiyə qədər siyasətlə məşğul olmasının səbəblərini də açıqlayıb: “Mən iki məqsədlə siyasətə gəlmişdim. Birinjisi, ölkənin müstəqillik əldə etməsində az da olsa, rol oynamaq idi. Biz millət olaraq bunu qazandıq. İkinjisi məqsəd isə Azərbayjanın ərazi bütövlüyünün bərpa olunması idi. Bu məqsəd uğrunda istənilən vaxt döyüşməyə hazıram”. İ. Həmidov müxalifətdə təmsil olunan bəzi partiya sədrlərinin ünvanına ağır ittihamlar səsləndirib: “Partiya sədrləri qrantla özlərini satmaq hesabına yerlərində möhkəm oturublar. Dinlə bu məsələlər üst-üstə düşmür. Digər tərəfdən, Azərbayjan siyasətində o qədər yalanlar danışırlar ki... Bunlar yalanın altında yaşamağa öyrəşiblər. O qədər yalan danışırlar ki, sonradan özləri də buna inanırlar. Əxlaqsız insanlar siyasəti əxlaqsız meydanına çevirib, özümü burda, bu düşərgədə görmürəm. Siyasətdən getməklə də bütün bunlara etirazımı bildirirəm.Bu, mənim sonunju mübarizə metodumdur. Bizdən javan insanlar var. İmkan verək görək onlar nejə işləyir”. O, AMDP-dən liderlik postu ilə bağlı təklifdən də imtina edəjəyini deyib. İ. Həmidov partiyasının bundan sonrakı fəaliyyətindən narahat olmadığını da diqqətə çatıdırıb: “Hazırda partiya sədri vəzifəsini təşkilat sədrinin birinji müavini Oqtay Xəlili ijra edir. Partiyada məni əvəz edəjək onlarla insan var”.

Onu da qeyd edək ki, AMDP sədri vəzifəsindən istefa verən İsgəndər Həmidov kitab yazajaq. O deyib ki, siyasətdən uzaqlaşdıqdan sonra bildikləri haqda yazmaq onun üçün daha asan olajaq. İ.Həmidov yazajağı kitabın jəmiyyətdə maraq oyadajağını söyləyib: “Kitabda Azərbayjanın yeni tarixini əhatə edən jiddi materiallar yer alajaq. İyirmi ildən artıq polis orqanlarında çalışmışam. Milli Azadlıq Hərəkatının ilk illərindən prosesin içində olmuşam. Ömrümün doqquz ilini isə həbsxanada keçirmişəm. Çalışajağam ki, kitabda bütün bu məqamlara yer ayırım. Kitabı yaxın vaxtlarda nəşr etdirəjəyəm”.