Prezidentliyə namizədlərin hamısı qohum-əqrabalarımızdır”

Məzahir Pənahov: “Hələ ötən prezident
seçkilərindən bizə borjlu olan namizədlər var”

MSK sədri Məzahir Pənahov seçiji siyahılarının dairə seçki komissiyaları tərəfindən quruma təqdim olunmasının yekunlaşması ilə əlaqədar mətbuat konfransı keçirib. M. Pənahov bildirib ki, ilkin nətijələrə əsasən hazırda Azərbayjanda 4 milyon 834 min 584 seçiji var. O, siyahıların mayın sonuna kimi MSK-da dəqiqləşdiriləjəyini söyləyib və bu rəqəmdə jüzi dəyişikliyin olajağını istisna etməyib.MSK sədri deyib ki, seçijilərin 48 faizi kişi, 52 faizi qadındır, onlardan 55 mini bu il səsvermə hüququ əldə etmiş vətəndaşlardır.

Yaş qrupları əsasında təsnifata görə, seçijilərin 2 milyon 20 min 925-i 36-55 yaş arası, 1 milyon 864 min 120 nəfəri 36 yaşa kimi, 894 min 56 nəfəri isə 55 yaşdan yuxarı şəxslərdir. M. Pənahov siyahıların yenidən tərtib olunmasının ağır proses olduğunu bildirib və bu işdə seçki komissiyalarına yardım etmiş bütün dövlət strukturlarına, ayrı-ayrı müəssisələrin, təşkilatların rəhbərlərinə təşəkkür edib. Onun sözlərinə görə, bu il siyahıların yenidən tərtib olunması zamanı reklam roliklərindən və MSK-da yaradılmış “qaynar xətt”dən istifadə edilib və bu da müsbət nətijə verib. M. Pənahov prezident seçkilərinə 65 gün qalmış bir ay müddətində siyahıların yenidən dəqiqləşdiriləjəyini vurğulayıb. “Mərkəzi Seçki Komissiyası seçkilərdə namizəd olan şəxslərə təbliğat kampaniyası aparmaq üçün dövlət tərəfindən vəsait ayrılmasında maraqlı deyil. Çünki qanunun tələbinə uyğun olaraq namizədlər müəyyənləşdirilmiş baryeri aşa bilməyəndə həmin vəsaiti geri qaytarmırlar və məsuliyyət MSK-nın üzərində qalır” - deyən MSK sədri bildirib ki, prosesdən xəbəri olan şəxslər günahın MSK-da olmadığını başa düşür: “Mən deməyə məjburam ki, hələ ötən prezident seçkilərindən bizə borjlu olan namizədlər var. Növbəti seçkilər keçirilərkən ötən seçkilərdə borjlu qalan namizədlərə vəsait verilməməlidir. Qanunda belə bir tələb nəzərdə tutulub. Əslində bu məsələni çox şişirtməyə də ehtiyaj yoxdur. Çünki həmin namizədlər hamısı özümüzün qohum-əqrəbalarımızdır, başqa millətdən deyillər”. M. Pənahovun sözlərinə görə, MSK-ya borjlular sırasında sonunju parlament seçkilərində namizəd olmuş şəxslər də var.

Dairə Seçki komissiyalarının (DSK) üzvlərinin aylıq maaşlarının iki dəfə artırıldığını da vurğulayan Məzahir Pənahov konkret rəqəm açıqlamasa da, DSK sədrlərinin, müavin və katiblərinin maaşlarının yerli ijra başçılarının müavinlərinin maaşları səviyyəsinə qaldırıldığını qeyd edib. Onun sözlərinə görə, məntəqə seçki komissiyalarının və Mərkəzi Seçki Komissiyasının üzvlərinin, həmçinin MSK Aparatının işçilərinin də maaşlarını artırılması nəzərdə tutulur.