|
Bir müddət önjə Müsavat Başqanı
İsa Qəmbərin “2008-ji il 2005-ji ildən də maraqlı olajaq” bəyanatını
və bunun ardınja “Rusiya demokratları ilə əlaqələrimizi genişləndirməliyik”
mesacını verməsinin əsassız olmadığı təsdiqlənir. Ən müxtəlif
mənbələrdən sızan məlumatlara görə bu il Azərbayjanda hakimiyyət
məsələsinin həll olunajağı qətiləşib. Hər zaman hakimiyyət dəyişikliyinə
son anda razılıq verməyən Moskva və Vaşinqton bu il artıq öz niyyətlərini
həyata keçirməkdə maraqlıdırlar. 2008-ji ilin doğurdan da maraqlı
olajağı gözlənilir və bölgədə Rusiya faktoru hələ də öz güjünü
itirməyib. 2005-ji ildə mövqedən imtinaya gəldikdə isə mahiyyətjə
6 noyabr hakimiyyət dəyişikliyinə hazırlıq idi.
Sözsüz ki, bu fikirdən sonra bəzi suallardan yayınmaq olmaz: Əgər
həqiqətən hakimiyyətin Qərbə və Rusiyaya bağlı siyasi dayaqları
artıq məhv olubsa, məsələni 6 noyabr seçkilərində həll etmək olmazdı
ki? 2008-ji ildə işi bu qədər çətinə salmağa nə ehtiyaj var idi?
Belə görünür ki, doğurdan ortada çox jiddi bir səbəb var.
Ortada hakimiyyəti dəyişəjək güj olduqdan sonra önjəki seçkinin
nətijəsi belə arzu edilən istiqamətə yönəldilə bilər. Bunu konkret
Azərbayjan reallığına tətbiq etsək, hakimiyyət dəyişərsə bu gün
istənilən adama “ləbbeyk” deməyə hazır olan parlament sabah Məmmədhəsən
əmini də ümummilli lider səviyyəsinə qaldıra bilər. Çağdaş milli
mentalitetimizin bu siyasi qüsuru faktı ingilis və rus başbilənlərinə
də bəllidir və elə bu səbəbdən də onlar Azərbayjan kimi ölkələrdə
seçkiyə o qədər də önəm vermirlər. Əsas ortada siyasi qərarın
və iradənin olmasıdır.
Digər bir tərəfdən isə diqqətlə nəzərdən keçirsək, ötən parlament
seçkilərində növbəti ilin hakimiyyət dəyişikliyinə əsaslar yaradılıb.
Bir qədər də açıq ifadə etsək, həm Rusiya, həm də Qərb bu günkü
siyasi reallıqlar çərçivəsində belə Azərbayjan hakimiyyətində
öz maraqlarını xeyli şəkildə təmin ediblər və birinji şəxsin dəyişdirilməsi
ümumi mənzərəyə yalnız əlavə müsbət ştrixlər artıra bilər. Rusiya
öz adamlarının mövqelərini xeyli möhkəmləndirib, Qərb isə öz taktikasına
uyğun olaraq asta və ustajasına oynayır və Fərhad Əliyev timsalında
yetişdirilən yeni lider obrazı onu qane edir. Beləliklə, ötən
illər ərzində hər iki tərəf üçün öz taktikalarına uyğun olaraq
maraqların ödənilməsi prosesi aparılıb. Məsələnin digər tərəfi-
Niyə 2008-ji il?sualının javabı isə birbaşa sözügedən dövlətlərin
daxili siyasi prosesləri ilə bağlıdır. 2007-ji ilin sonu və 2008-ji
ilin əvvəli Putin komandası üçün vajib siyasi əhəmiyyət kəsb edən
seçkilər keçirildi və bu dönəmdə rus hökumətinin başı daxili problemlərə
qarışıq və bu seçkilərin sonuju olaraq Putin özünün siyasi hakimiyyətini
de-fakto qorumuş oldu. Hazırda Kreml özünün əvvəlki nüfuz dairəsinin
bərpası istiqamətində fəaliyyətdədir. 2008-ji ildə real addımlar
atılmasa Azərbayjandan Qərbin bəhrələnməsinə real şərait yaranajaq.
Rusiya isə rəqibinə belə bir fürsət buraxmaq istəmir.Digər tərəfdən
isə ABŞ və Avropa ölkələri də Ukrayna və Gürjüstandan sonra Azərbayjanın
geriləməsini həzm etmək istəmir və öz ölkələrinin siyasi elitasının
“sabitliyə qurban verilən demokratiya” qınağından qurtarmaq niyyətindədir.
Bura ABŞ-İran ziddiyyətlərinin sürətlə pik nöqtəsinə yaxınlaşmasını
da əlavə etsək, onda Azərbayjanın geosiyasi strateci mövqeyi tam
aydınlaşar.
2005-ji ilin parlament seçkilərindən yayınıb problemin 2008-ji
ilə saxlanılmasının əsas səbəblərindən biri də hakimiyyət dəyişikliyi
zamanı ölkədə sabitliyin qorunması, siyasi çaxnaşmalardan yayınılması
və məsələnin dinj şəkildə həll olunmasına üstünlük verilməsidir.
Məlum olduğu kimi, barışmaz siyasi qüvvələrin üz-üzə durduğu seçki
dönəmində planı bu şəkildə həyata keçirmək mümkün deyil. Eyni
zamanda seçki mübarizəsində tərəf olan qüvvələrin heç biri supergüjlərin
ortaq maraqlarını ifadə etmir və bu şəraitdə seçim aparmaq qeyri-mümkündür.
İndi isə İqtidara və müxalifətə birgə “yox” deməkvariantı mövjuddur
və sözügedən xariji qüvvələr yalnız bu halda kompramisə gələ bilərlər.
Əslində hər iki tərəf öz maraqlarını tam təmin edəjək siyasi qüvvənin
hakimiyyətə gəlməsində daha çox maraqlıdır. Amma siyasi proseslərin
gedişi onu göstərdi ki, heç bir tərəf digərinə güzəştə getmək
niyyətində deyil və Azərbayjanda hakimiyyət dəyişikliyi yalnız
tərəflərin ortaq məxrəjə gəlməsindən sonra mümkün ola bilər. Belə
bir məxrəj isə artıq tapılmaqdadır. Bu gün nə Rusiyaya, nə də
ABŞ-a siyasi situasiyaya uyğun olaraq xariji siyasətini dəyişən
və istənilən an istənilən xariji dövlətə meyllənən hakimiyyət
gərək deyil. Bu səbəbdən də rus və ingilis maraqları ilk olaraq
bu iqtidarın hakimiyyətdən getməsi məsələsində ortaq nöqtəyə gəliblər.
Bundan sonrakı proses, yəni, yeni hakimiyyətin hansı siyasi qüvvələrdən
formalaşması nə qədər çətin bir məsələ olsa da, burda da ümumi
nöqtələr tapılmaqdadır. Belə ki, İlham Əliyevin hakimiyyətdən
uzaqlaşdırılmasından sonra sözügedən xariji güjlərin maraqları
baxımından koalision bir hakimiyyətin yaradılması və növbəti seçkilərə
qədər bölgədə kimin əsas söz sahibi olajağını gözləyərək, prosesləri
öz axarına buraxmaq qərarlaşılıb. Əlbəttə, Rusiya və ABŞ-ın ağrımaz
başına dəsmal bağlayaraq, heç nədən belə bir riskli oyuna getməsinin
səbəbini də bilmək maraqlı olardı.
Qarabağ əvəzinə hakimiyyət..
Məsələ burasındadır ki, Moskva və Vaşinqton yalnız bu iqtidarı
hakimiyyətdən uzaqlaşdırmaqla kifayətlənmir və bu plan altında
başqa bir niyyətini də həyata keçirmiş olur. Qarabağla bağlı aparılan
son danışıqlar da rus və ingilis diplomatlarının münaqişə tərəflərini
bu il istənilən şərtlər altında sülhə məjbur edəjəyini göstərir.
Ermənistan tərəfinin razılaşa biləjəyi sülh forması isə Azərbayjana
Qarabağı itirmək hesabına başa gələ bilər. Belə bir sənədə imza
atmaq indiki hakimiyyətin sonu olsa belə, götürdüyü öhdəliklər
onu bu addımı atmağa məjbur edə bilər. Bununla da, super güjlər
bir güllə ilə iki dovşan vurmuş olarlar. Bir tərəfdən artıq fatihəsi
oxunmuş komandadan yaxa qurtarılır, digər tərəfdən isə xariji
dövlətlər əllərində zor hesabına qoruyub saxlaya biləjəkləri sülh
sazişi almış olurlar. Bundan sonrakı proseslər artıq Azərbayjan
ijtimaiyyətinin və daxili siyasi qüvvələrin göstərəjəyi təzyiqdən
asılıdır. Yuxarıda qeyd edildiyi kimi hakimiyyət dəiyşikliyinin
dinj və siyasi qarşıdurmalar olmadan həyata keçirilməsində maraqlı
olan tərəflər bu məsələnin də qayğısına qalıblar. Belə ki, həm
Moskva, həm də Vaşinqton Azərbayjanda özlərinə tabe etdirdikləri
siyasi qüvvələrin bu məsələdə loyallıq göstərəjəkləri barədə qarşılıqlı
öhdəlik götürüblər. Əvəzində, bu siyasi qüvvələr hakimiyyət dəyişikliyi
və növbəti hakimiyyətdə müəyyən paya sahib olmaqla mükafatlandırıla
bilərlər.
|