| Muxtar Respublikadakı ijtimai-siyasi
durum və “xan”ın öz vəziyyəti haqda müəyyən məlumatlar almaq üçün
bölgədə yaşayan və bu vaxta qədər Naxçıvan haqda verdiyi informasiyaların
doğruluğu təsdiqlənən şəxslə əlaqə saxladıq. Adının çəkilməsini
istəməyən mənbə doğrudan da, son vaxtlar Muxtar Respublikada Talıbovun
fəaliyyətinin xeyli genişləndiyini qeyd etdi: “Vasif Talıbov Naxçıvana
özünün şəxsi obyekti kimi baxır və ağlına gələn islahatları bölgədə
həyata keçirir. Əgər Azərbayjanın digər bölgələrində baş verən hər
hansı bir qanunsuzluq və ya özbaşınalıqdan prezidentə şikayət edilirsə,
Naxçıvanda bu, heç jür mümkün deyil. Hər şey birbaşa Talıbova bağlıdır
və bölgənin istənilən məsələsi ilə bağlı onun sözünün üstündə söz
yoxdur”. Naxçıvan şəhərində və digər ətraf rayonlarda məişət obyektlərinin
sökülməsi, müxalif fikirli insanların oğurlanaraq döyülməsi, insanların
həyat şəraiti və adət-ənələri ilə bağlı zorakı tədbirlərə əl atılması
və sair “Talıbov islahatları” birmənalı şəkildə naxçıvanlılarda
hakimiyyətdən narazılıq yaratsa da, paytaxtdan bu vaxta qədər hər
hansı bir reaksiya və ya təpki olmayıb. Buna görə də Talıbov özünü
bölgənin xanı kimi apararaq, heç vaxt jəzalanmayajağı qənaətindədir.
Amma son vaxtlar baş verən bəzi hadisələr onun da hakimiyyətinin
sonunun çatdığını düşünməyə əsas verir.
Belə
ki, Naxçıvandan olan bir çox tanınmış iş adamları və məmurlar
Talıbovun əməlləri haqda prezidenti məlumatlandıraraq vəziyyətin
sadə insanlar üçün dözülməz həddə çatdığını bildiriblər. Deyilənə
görə, Talıbovla xüsusi ədavəti olan millət vəkili Səyavuş Novruzov
fikrini daha sərt ifadə edərək “belə getsə, Vasif naxçıvanlıları
qiyama qaldırajaq” fikrini prezidentə çatdırıb. Mənbənin məlumatına
görə, bu yaxınlarda mətbuatda prezidentin iqtisadi məsələlər üzrə
müşaviri Əli Əsədovun Muxtar Respublikanın Kəngərli kəndində jamaatın
gözü qarşısında Talıbovun üstünə qəzəblənməsi də artıq dövlət
başçısında formalaşdırılmış rəylə bağlıdır. Məlumatı bizə ötürən
mənbə Talıbovun da öz durumundan xəbərdar olmasını bildirdi: “Elə
bu səbəbdən Talıbov prezidentlə görüşmək və mövqelərini bərpa
etmək fikrində olub. Bu günlərdə yaxın ətrafı ilə etdiyi söhbətlərin
birində o, “bunlar hamısı boş şeylərdir, mən prezidentlə görüşüb
işləri qaydasına qoyajam” - deyib. Amma Talıbovun bu istəyi baş
tutmayıb. Belə ki, prezidentlə görüş istəyən Talıbova aparatdan
rədd javabı verilib və bildirilir ki, İlham Əliyev onunla görüşmək
istəyində deyil. Hətta Naxçıvan xanına məsləhət görüblər ki, bu
günlərdə paytaxta gəlməsin. Prezident onun hər hansı bir tədbirdə
iştirakını arzulamır”.
Mənbənin məlumatına görə, dövlət başçısı İlham Əliyev
Vasif Talıbov haqqında artıq qərarını verib. Onun ən yaxın zamanda
vəzifəsindən uzaqlaşdırılaсağı mütləqdir. Sadəjə, indi hakim komandada
Naxçıvan kimi mühüm strateci bir bölgənin idarəçiliyinin kimə
həvalə olunaсağı müzakirə edilir.
|