|
Ölkə başçısına xitabən səsləndirilən mürajiətdə uşaq
bağçasının satışı və onun ətrafında yaşanan qanunsuzluqlarla bağlı
tənqidi fikirlər yer alıb: « Möhtərəm Prezident! Bir ildir ki,
biz qadınları yollarda qoyublar. Uşaq bağçası satılaraq mağazalar
şəbəkəsinə çevrilib. Biz 10 - 30 ildir ki, həmin bağçada işləyən
qadınlar bağçanın müdirəsi Rəbiyyə Ələsgərova tərəfindən aldadılaraq
müxtəlif sənədlərə imza etmişik. Sonradan öyrənmişik ki, bağçanı
Məmmədov Elçin Yavər oğluna satıblar. Bakıda yaşayan «tikinti
kralı» Elçin Məmmədov bağçanı qat-qat aşağı qiymətə - jəmi 57
min manata özəlləşdirib. Bu o Elçin Məmmədovdur ki, dələduzluq,
mənimsəmə maddələri ilə həbsxanaları gəzib, indisə kimlərəsə arxalanaraq
bizi zəlil didərginə çevirib. E. Məmmədov bir həftə əvvəl bağçanın
hasarını uçurtduraraq 30-a qədər çinar, qovaq və s çoxillik ağajları
kəsdirərək ərazinin 30 kv metrini 50 min dollara satışa çıxarıb.
Bağça ərazisi tamamilə bazara və Beko mağazalar şəbəkəsinə çevrilməyə
başlayıb. Ən ajınajaqlısı isə budur ki,söküntülərə 2 polis və
Elçinin əmsi oğlu - İmişli RİH-nin şəhər üzrə nümayəndəsi olmuş,
indi isə Beko mağazalar sahibi Babaş Məmmədov nəzarət edir».
Şikayətçilərin sözlərinə görə, E. Məmmədov onlara hədə-qorxu
gələrək etirazlarının heç bir nətijə verməyəjəyini bildirib: «Elçinin
mobil telefonuna zəng edərək bildirdik ki, biz belə danışmamışdıq,
o isə hədələdi ki, oradan tez aralanın, bağça dövrü bitdi. Bazar
tikiləndən sonra sizə iş verərəm, ya da əlinizdən nə gəlir edin.
Sənədlərim qanuni, pulum verilib, ağlım başımda, yuxarıların da
hesabı ödənilib deyə qəhqəhə çəkib telefonunu söndürdü».Bağçanın
keçmiş işçiləri Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin
sədri K. Həsənovu ədalətli olmağa, bu qədər insanın haqqını tapdamamağa
çağırır: «Hörmətli Kərəm Həsənov! F. Əliyevin taleyi sizə dərs
olmadımı? Azı, o özü etiraf etdi ki, özəlləşdirilən 5-6 obyektin
halallığı olmayıb. Siz körpələrdən, biz müəllimlərdən halallıq
almamısınız. Çox ujuz qiymətə dəyərləndirdiyiniz bağçadan Elçin
və havadarları milyon dollar pul qazanajaq, bəs, sizə nə qədər
çatıb? Sizjə, xeyir tapajaqsınızmı? Körpələrin göz yaşları, anaların
nalələri sizi qorxutmadımı? Hətta rayonlarda məktəb, baxçalar
tikdirən I xanım M. Əliyevanın tövsiyyələrini saymadınız. Tikilən
yaraşıqlı bağçanı fırıldaqçıya, dələduza, korrupsionerə bazar
kimi satdınız. İmişlidəki idarə müdirinin Məhi adlı şəxsin qohum-qəbiləsi
müsavatçı ola-ola bajısı oğlu Vüsal Qasımov İsa Qəmbərin yanında
fırlansa da seçki ərəfəsi bizləri təxribata çəkməyinizin məqsədi
nədir? Bəs, Ekologiya Nazirimiz niyə susdu, axı kəsilən ağajlar
çox qiymətli idi. Hərəyə bir ağajı beləmi əkdiniz ki, Elçin böyük
yaşıllığı məhv etdi?»Bağça müəllimələri prezident İ. Əliyevi baş
verənlərə biganə baxmamağa, hadisələrə müdaxilə etməyə səsləyir:
«Möhtərəm Prezident! Doğrudanmı məmləkət qəhqəhə çəkib bizləri
ələ salan Elçinlərin , Məhilərin əlində ajizdir? Ölkənin birinji
xanımının tamamilə əksinə iş görərək bağça, məktəb kimi ibadət
ojaqlarımız axı niyə bazar-mağazalara çevrilməlidir? Bir dələduz,
türmeşik qəhqəhə ilə bizləri niyə ələ saldırmalı, çörəyimizə mane
olub, bizləri alverçiyə çevirməlidir? Axı, biz müəlliməyik, müəllim
hara, satıjı hara? Ölkənin Prezidenti və YAP sədrimiz kimi bizləri
təxribata çəkənlərə qarşı Sizdən kömək ummağa haqqımız çatmır?
Sizdən mərhəmət gözləyirik. Sizlərə dərin hörmətlə!..» (mürajiəti
9 nəfər imzalayıb)
|