|
etdirməyə
razılaşmasının vurğulaması Azərbayjanla beynəlxalq vasitəçilər
arasında martın ortalarından davam edən gərginlik fonunda maraq
doğurur.Gərginliyə səbəb Minsk
qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiyanın martın 14-də
BMT Baş Məjlisində səsverməyə çıxarılmış «Azərbayjanın işğal edilmiş
ərazilərində vəziyyət» adlanan qətnamənin əleyhinə çıxması olub.
Azərbayjanla vasitəçilər arasında gərginliyi prezident İlham
Əliyevin Ermənistanın yeni prezidentiSerc Sərkisyanla NATO-nun
Buxarest sammiti çərçivəsində keçirilməsi planlaşdırılan görüşdən
imtinası da göstərir.
Prezident İlham Əliyevin aprelin 2-də Buxarestdə ATƏT-in Minsk
qrupu həmsədrləriylə görüşü haqda rəsmi dövlət agentliyi AzərTAjın
yaydığı məlumatın tonu da Azərbayjanın beynəlxalq vasitəçilərdən
narazılığını əyani nümayiş etdirir. Məlumatda deyilir ki, dövlət
başçısı həmsədrləri onların xahişi ilə: «Görüşdən sonra curnalistlərə
açıqlama verən Prezidentin İjra Aparatının xariji əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədov deyib ki, gərgin keçən görüşdə prezident
İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə
dair danışıqlarla bağlı mövqeyini qəti və sərt şəkildə bir daha
bildirib. BMT-də Azərbayjanın işğal olunmuş ərazilərində vəziyyətlə
bağlı qəbul olunan qətnamə ilə əlaqədar mövqeyini də açıqlayan
dövlət başçısı həmsədrlərdən təmsil etdikləri ölkələrin - Amerika
Birləşmiş Ştatları, Fransa və Rusiyanın səsvermədə tutduqları
mövqe ilə bağlı izahat istəyib».
Bütün bunların fonunda Minsk qrupu həmsədrlərinin bəyanatında
yer almış fikir - «Azərbayjanın dövlət başçısı İlham Əliyev və
Ermənistanın yeni seçilmiş prezidenti Serc Sərkisyan danışıqları
hazırki əsaslar üzərində davam etdirməyə razılaşıblar» sözləri
nejə anlaşılmalıdır?
Hazırkı əsaslar deyəndə həmsədrlərin Madrid prinsipləri və ya
təməl prinsipləri adı almış təkliflər paketini nəzərdə tuturlar.
Xatırladaq ki, ötən il noyabrın 29-da Azərbayjan və Ermənistan
xariji işlər nazirləri Elmar Məmmədyarovla Vardan Oskanyan Madriddə
ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər. ATƏT üzvü olan
ölkələrin xariji işlər nazirləri şurasının ijlası zamanı baş tutan
görüşdə E.Məmmədyarov, V.Oskanyan və Minsk qrupu həmsədrlərindən
başqa Rusiya və Fransa xariji işlər nazirləri Sergey Lavrov və
Bernar Kuşner, həmçinin ABŞ dövlət katibinin siyasi məsələlər
üzrə müavini Nikolas Börns iştirak etmişdi.
Görüşdən sonra curnalistlərə açıqlama verən amerikalı həmsədr
Metyu Brayza demişdi ki, ATƏT-in Minsk qrupu həmsədrləri Qarabağ
münaqişəsinin həllinin təməl prinsipləri üzrə kompromislər layihəsi
təqdim ediblər. O, tərəflərə «təməl həll prinsipləri üzrə ən yaxşı
güzəştlər layihəsi» təqdim olunduğunu vurğulayaraq yüksək hökumət
səviyyəsində razılıq əldə olunması üçün ABŞ, Rusiya və Fransanın
mümkün olan hər şeyi etməyə hazır olduğunu bildirmişdi.
Dağlıq Qarabağ danışıqlarının Madrid prinsipləri və ya təməl
prinsipləri adı almış təkliflər paketi əsasında aparılması nə
vəd edir? Bu sənəddə bizi qane etməyən xeyli müddəalar var. Bunlardan
biri bir müddətdən sonra Dağlıq Qarabağda referendum keçirilməsi
və Dağlıq Qarabağ xalqının -orada beləjə də yazılıb - öz müqəddəratını
təyin etməsi hüququnun təsbit edilməsidir. Sonra bölgəyə sülhməramlı
qüvvələrin gətirilməsi, Laçın dəhlizi və Laçın rayonunun sonrakı
taleyi məsələsidir. Bunlar elə məsələlərdir ki, Azərbayjanın ərazi
bütövlüyünün pozulması ilə nətijələnə bilər. Bundan başqa, həmin
prinsiplərlə Dağlıq Qarabağa ən yüksək muxtariyyət adı altında
dövlət statusuna yaxın hüquqlar verilməsi nəzərdə tutulur. Məsələn,
milli qvardiya adı altında silahlı qüvvələrin rəsmiləşdirilməsi,
Dağlıq Qarabağın ayrıja pasportunun təsbit edilməsi, Dağlıq Qarabağa
xariji ölkələrlə birbaşa əlaqələr yaradılması, səfirliklər olmasa
da, nümayəndəliklərin açılması imkanı verilməsi də nəzərdə tutulur.
Madrid prinsiplərində Dağlıq Qarabağa müstəqilliyə yaxın ən yüksək
status, daha sonra isə referendum yolu ilə öz müqəddəratını təyin
etmək adı altında Dağlıq Qarabağın Azərbayjandan qoparılması da
öz əksini tapır. Burada mübahisəyə səbəb olan məsələlərdən biri
statusla bağlıdır. Məsələn, ATƏT təklif edir ki, referendum 10
ildən sonra keçirilsin. Ermənilər bu müddətin 5 il olmasını istəyir,
Azərbayjan isə ümumiyyətlə referendumun, ölkəyə sülhməramlı qüvvələrin
gətirilməsinin əleyhinə çıxır, işğal edilmiş 7 rayonun dərhal
azad olunmasında təkid edir.
Martın 14-dən, BMT Baş Məjlisində bəlli səsvermədən sonra baş
verən hadisələrin dinamikası göstərir ki, Azərbayjan beynəlxalq
vasitəçilərdən nə qədər narazı olsa da, Ermənistanla sülh danışıqlarını
yenə də ATƏT-in Minsk qrupu formatında davam etdirəjək. Minsk
qrupu həmsədrlərinin 3 aprel bəyanatında isə danışıqların Azərbayjan
ijtimaiyyətinə tam bəlli olmayan şübhəli prinsiplər üzərində davam
etdiriləjəyinə işarə vurulur. Orada BMT Baş Məjlisində qəbul edilmiş,
Azərbayjanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində
ərazi bütövlüyünə dəstək verən, işğal olunmuş bütün ərazilərdən
Ermənistan silahlı qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını
tələb edən, məjburi köçkün düşən azərbayjanlıların öz yurdlarına
qayıtması üçün müvafiq şəraitin yaradılması zərurəti vurğulanan
qətnamədən söz açılmır.
|