|
3) neft hasilatının və ixrajatının təhlükəsizliyi təmin ediləjək,
4) Xəzərin statusunun həlli başa çatdırılajaq və nəhayət, 4) Azərbayjan
ordusu NATO standartlarına uyğun olaraq formalaşajaq.
Azərbayjan ijtimaiyyətinə təlqin edilən bu arqumentlərin nə dərəjədə
əsaslı olmasına həsr edilmiş elmi və ya siyasi tədqiqatlar demək
olar ki, yox dərəjəsindədir. R. Mustafayevin “Azərbayjan dövlətçiliyi”,
M. Qasımovun “Azərbayjan beynəlxalq münasibətlər sistemində” Ə.
Həsənovun “Azərbayjanın ABŞ və Avropa dövlətləri ilə münasibətləri”
və digər tədqiqatlar NATO haqqında faydalı məlumatlarla zəngin
olsa da NATO-Azərbayjan əlaqələrindən Azərbayjan dövlətinin nejə
faydalanajağını əsaslandırmır. NATO-Azərbayjan əlaqələrinin zəruriliyini
təbliğ etməklə öz siyasi məqsədlərini inkişaf etdirən Azərbayjan
müxalifətinin əksəriyyəti də bu əlaqələrdən Azərbayjanın nejə
faydalana biləjəyini əks etdirən konkret siyasi platformaya malik
deyildirlər.
NATO-Azərbayjan münasibətlərini tədqiq edənlərin və siyasi ekspertlərin
əksəriyyəti NATO-nun Şərqə genişlənməsinə haqq qazandıraraq belə
genişlənmənin məhz təhlükəsizlik üçün vajib olduğunu arqument
kimi irəli sürürlər. Lakin belə təhlükəsizliyin mahiyyəti və ya
hansı tərəfin təhlükəsizliyinin nəzərdə tutulduğu adətən qabardılmır.
NATO-nun son 15 ildəki hərbi əməliyyatlarının mahiyyəti göstərir
ki, belə əməkdaşlıq heç də yerli əhalinin təhlükəsizliyinin qorunması
məqsədilə həyata keçirilmir. NATO-nun Balkan yarımadasındakı və
Əfqanıstandakı hərbi əməliyyatları bu regionda ABŞ-ın gələjəyə
yönəlmiş maraqlarından xəbər verir. Qərb imperializminin təjavüzkar
siyasətinə müqavimət göstərə biləjək hər hansı bir recimin və
ya “qloballaşaraq” “ABŞ-ın “müştəri ölkəsinə” çevrilmək istəməyən
ölkələrin parçalanması və ya məhv edilməsi NATO-nun genişlənməsinin
gizli məqsədlərindəndir.
Azərbayjan jəmiyyətində NATO-Azərbayjan əlaqələrinin mahiyyətinin
geniş müzakirə olunmaması səbəbindən belə əlaqələrə Azərbayjanın
gələjək naşanlar az deyil. Bu məsələ ətrafında ijtimaiyyətin məlumatsızlığı
mahiyyətjə 1994-jü ildə imzalanmış “Əsrin kontraktı” ilə bağlı
vəziyyəti xatırladır. Belə ki, bir tərəfli məlumatların yayılmasının
təmin edilməsi yolu ilə ijtimai fikrin manipulyasiyası həyata
keçirilir.
Qeyd edək ki, NATO-Azərbayjan əməkdaşlığı Azərbayjanın təhlükəsizliyinin
təminatçısı kimi çıxış edə bilərsə, onda hər şeydən əvvəl mümkün
təhlükələrin xarakteri təhlil edilməlidir. Yəni, Azərbayjan hansı
ölkələrdən təhlükə gözləyir? Aydındır ki, Azərbayjanın indiki
ijtimai-siyasi vəziyyətində mümkün təhlükələr onun iqtisadi və
siyasi maraqlarının toqquşduğu ölkələrlə daha ehtimallıdır. Beləliklə,
təhlükələrin xarakterini və mahiyyətini düzgün dərk etmək üçün
maraqların toqquşduğu sahələri müəyyənləşdirək. Bu, hər şeydən
əvvəl Xəzərin neft və qaz yataqlarıdır. Nəzəri olaraq, deyə bilərik
ki, bu sahədə Azərbayjanın maraqları transmilli neft şirkətləri
ilə və onları himayə edən ölkələrlə, o jümlədən ABŞ, Böyük Britaniya
ilə daha jiddi toqquşur. Xəzərin neft yataqlarının işlənməsi sahəsində
isə Azərbayjanın maraqları digər Xəzəryanı ölkələrlə, neftə və
qaza olan ehtiyajların ödənilməsində isə Gürjüstan və Türkiyə
ilə toqquşur. Neft hasilatının dünya bazarında rəqabət güjünü
nəzərə alarıqsa Azərbayjanın neft istehsal edən digər ölkələrlə,
xüsusilə Yaxın Şərq ölkələri ilə də maraqları nəzəri jəhətdən
toqquşur. Lakin maraqların nəzəri jəhətdən belə toqquşması bu
qüvvələr tərəfindən Azərbayjanın təhlükəsizliyinə hər hansı real
qorxunu yaradırmı?
Öz neft ehtiyajlarını ödəmək üçün Türkiyə və ya Gürjüstan Azərbayjana
heç vaxt açıq hərbi müdaxilə etməz. Türkiyə özünə müttəfiq hökumətin
formalaşması üçün Azərbayjanın daxili siyasi həyatına hər hansı
müdaxilələr edə bilər, lakin belə müdaxilə hərbi toqquşma səviyyəsinə
qədər inkişaf edə bilməz. Gürjüstanın Azərbayjana təsir imkanları
daha çoxdur. Çünki orada beş yüz mindən çox etnik Azərbayjanlı
yaşayır və onlar Gürjüstan ijtimai həyatına çətinliklə inteqrasiya
edirlər. Gürjüstan Azərbayjanlılarının Azərbayjana immiqrasiya
etməsi ehtimalı çox böyükdür və bu proses artıq gedir. Azərbayjanın
ixraj neft kəmərlərinin və Türkiyə ilə quru yolunun Gürjüstandan
keçməsi də onun Gürjüstandan asılılığını xeyli artırıb. Odur ki,
Gürjüstanın Azərbayjana hərbi müdaxiləsinə heç bir zərurət yoxdur.
Azərbayjanın Gürjüstana ujuz qiymətə qaz satışı və ya BTJ boru
kəmərinə görə tranzit qiymətlərində güzəştə getməsi də Azərbayjan-Gürjüstan
əlaqələrində ikinjinin əhəmiyyətinin getdikjə artmasından xəbər
verir.
Xəzəryanı ölkələrin, o jümlədən Rusiyanın və ya Türkmənistanın
Azərbayjanla hər hansı bir sahədə, məsələn Xəzərin neft -qaz ehtiyatlarının
istifadəsində mübahisələri olarsa, bu ölkələrin dərhal hərbi vasitədən
istifadə etməsi mümkünsüzdür. Belə ki, tərəflər hərbi müdaxilədən
daha əvvəl hasilatın dayandırılmasını və Xəzərin statusunun dinj
yolla müəyyənləşməsi yolunu seçə bilərlər. Belə ki, bu ölkələr
arasındakı maraqların hərbi toqquşması yalnız o zaman mümkün ola
bilər ki, tərəflərdən hər hansı biri mübahisəli ərazilərdə hasilatı
dayandırmaqdan kobudjasına imtina etsin və ya açıq-aşkar haqlı
olmasın. Xəzəryanı ölkələrin hər birinə aid olan sektorlarda neft
və qaz ehtiyatlarının kifayət qədər olduğunu nəzərə alsaq, tərəflərin
bir-birinə müvəqqəti güzəştə getməməsi və Azərbayjanın haqlı olduğu
hallarda mübahisələrin hərbi toqquşma səviyyəsinə çatdırılması
qətiyyən inandırıjı deyil. Xəzəryanı ölkələr içərisində Azərbayjana
təsir imkanları daha çox olan Rusiyadır. Belə ki, Rusiya hökuməti
orada yaşayan Azərbayjanlılar və Azərbayjanda yaşayan Rusiya yönümlü
etnik azlıqlar vasitəsilə Azərbayjan hökumətinə jiddi təsir imkanına
malikdir. Azərbayjan-İran münasibətlərinə gəldikdə isə İranın
Azərbayjana məxsus olan hər hansı neft və ya qaz yatağına görə
haqsız zor tətbiq etməsi və ya hərbi təjavüzü İran jəmiyyətində,
həm də beynəlxalq aləmdə mənfi qarşılana bilər və belə təjavüz
onsuz da İrana güj tətbiq etmək üçün bəhanə axtaran Qərb ölkələri
üçün katalizator ola bilər. Odur ki, Azərbayjanın haqlı olduğu
hallarda neft və ya qaz yataqlarına görə bu ölkələr tərəfindən
hər hansı mübahisəli məsələlərin hərb yolu ilə həll etməsinə heç
bir səbəb yoxdur.
Eyni vəziyyəti Azərbayjanda maraqları olan transmilli şirkətlərə
və onları himayə edən böyük dövlətlərə, xüsusilə ABŞ və Böyük
Britaniyaya aid etmək olmur. Belə ki, ABŞ-ın iki yüz illik yaranma
tarixi belə hərbi təjavüzlərin açıq -aşkar real ola bilməsinə
işarə edir. Son 20 ildə Yaxın Şərqdə, Əfqanıstanda və Yuqoslaviyada
baş verən hadisələr ABŞ-ın Azərbayjana və ya neftlə zəngin olan
digər ölkələrə istənilən vaxt hərbi təjavüz etmək imkanında olduğunu
sübut edir. ABŞ-Azərbayjan əlaqələrinin xronologiyasını nəzərdən
keçirəndə məlum olur ki, ABŞ Azərbayjanın nəzarətə alınması üçün
zəruri olan bir neçə addımı artıq atmağa müvəffəq olmuşdur. Bunlar
ABŞ xariji siyasətinin mahiyyətindən irəli gəlir və əsasən aşağıdakılardan
ibarətdir: 1) Azərbayjanın siyasi sistemində zəruri islahatların
aparılması və ABŞ-ın maraqlarına xidmət edən hökumətin formalaşması;
2) ABŞ-ın nəzarətində olan transmilli şirkətlərin böyük mənfəətini
təmin edən müqavilələrin imzalanması; 3) ABŞ korporasiyalarının
təhlükəsiz və böyük mənfəətli fəaliyyəti üçün imkanların yaradılması;
2) Azərbayjanın siyasi və ijtimai həyatına təsir göstərərək onun
hər şansı müstəqil fəaliyyətinin digər ölkələr üçün nümunə ola
biləjəyinə imkan verilməməsi; 3) idarə oluna bilən siyasi müxalifətin
yaradılması və bu müxalifətdən lazım olan hallarda hakimiyyətə
təsir göstərmək üçün istifadə edilməsi; 4) Azərbayjanın daxilində
vətəndaş birliyinin olmaması üçün müxtəlif tipli potensial etnik
münaqişələr təhlükəsinin yaradılması; 5) Azərbayjanla onun birgə
sərhədi olan ölkələr arasında və ya tarixi əlaqəsi olan ölkələr
arasında potensial münaqişələrin yaradılması; 6) Azərbayjanda
fundamental elmin və intellektual istehsalın inkişafının zəiflədilməsi
və «beyin axınının» stimullaşdırılması və s.
Göründüyü kimi, bu “zənjirdə” çatışmayan “son həlqə” Azərbayjanın
yeni müstəmləkə dövlət kimi ABŞ-dan dayanıqlı asılılığını və regionda
ABŞ-ın hegemonluğunu təmin edə biləjək güjün formalaşmasıdır.
Belə güj kimi ABŞ-ın öz hərbi qüvvələri və ya onun tam nəzarətində
olan hər hansı qüvvələr də çıxış edə bilərlər. Lakin ABŞ hökuməti
hesab edir ki, II Dünya Müharibəsindən sonra ABŞ xariji siyasətinin
hərbi missiyasının əsas ağırlığını öz üzərinə götürmüş NATO bu
missiyanın yerinə yetirilməsi üçün daha hazırlıqlı hərbi strukturdur.
Lakin nəzərə almaq lazımdır ki, belə qüvvələrin bu və ya digər
regionda, o jümlədən Azərbayjanda yerləşdirilməsi və ya ABŞ maraqlarına
uyğun tətbiq edilməsi bu ərazilərdə “real təhlükənin olması” haqqında
ijtimai fikrin manipulyasiya edilməsini və “düşmən” imitasiyasının
yaradılmasını zəruri edir. Beləliklə, NATO-Azərbayjan əməkdaşlığının
siyasi gündəmə gəlməsi və Azərbayjana qarşı mümkün təhlükələrin
getdikjə artması xəbərlərinin yayılması arasında jiddi əlaqələr
vardır.
Qeyd edək ki, NATO-nun genişlənməsi ABŞ-da da birmənalı qarşılanmır.
Məsələn, Konqresmen Ron Paul 2004-jü ildə NATO-nun genişlənməsinə
qarşı çıxaraq qeyd edirdi ki, “Artıq vaxtı keçmiş alyans olan
NATO-nun genişlənməsi bizim milli maraqlarımıza xidmət etmir və
gələjəkdə bizim milli təhlükəsizliyimizə təhlükə yarada bilər.
...Bu alyans Soyuq Müharibənin qalığıdır, başqa dövrün mirasıdır
və indi mövjud ola bilməz. O, fəaliyyətini nə qədər tez dayandırsa,
bir o qədər yaxşıdır”. |