|
Bir sözlə, məmur korpusu tərəfindən
himayə olunan qeyri-qanuni sahibkarlıq subyektləri məqsədli şəkildə
vətəndaşların jibinə girərək, dolayısıyla onların varını-yoxunu
talayır. Yuxarıda qeyd olunduğu kimi, hökumətsə sanki olanlardan
bixəbərdir. Yaranmış vəziyyət ölkə vətəndaşını çox jiddi şəkildə
qayğılandırır və bu jür tendensiyanın daha böyük fəlakətlərə gətirib
çıxara biləjəyi ehtimalı jəmiyyətdə çox jiddi narahatlıq yaradır.İqtisadçı
ekspert, millət vəkili, Milli Məjlisin İqtisadi Siyasət Komissiyasının
üzvü Vahid Əhmədovla söhbətimizdə də son dövrlər ölkədə əndazəni
aşan və heç bir qanunauyğunluğa sığmayan bahalaşmanı yaradan səbəblərə
aydınlıq gətirməyə çalışajağıq. İqtisadçı ekspertə ilk sualımız
hansı səbəbdən azərbayjanlı iş adamlarının Avropanın nüfuzlu ölkələrində
tikinti biznesinə girişməsi ilə bağlı oldu. Onun diqqətinə çatdırdıq
ki, Avstriya kimi dünyanın ən varlı ölkəsində tikinti aparan azərbayjanlı
sahibkarların bildirdiyinə görə, orada tamamilə təmir edilmiş,
hətta mebellə təjhiz edilmiş binaların 1 kvadrat metri 1100 avroya
başa gəldiyi halda Azərbayjanda mənzillər bu qiymətdən baha satılır.
Bu əjaibliyin səbəbi nədədir?- Azərbayjanlı iş adamları çoxdan
xarijdə tikinti biznesinə girişiblər. Bu vaxtadək Türkiyədə, digər
Avropa ölkələrində bu jür işlər aparılıb, indi hansısa sahibkar
Avstriyada tikinti biznesi ilə məşğuldur. Əlbəttə, Avstriyadakı
şərtlərlə Azərbayjandakı şərtlər tamamilə fərqlidir. Bilirsiniz
ki, Azərbayjanda şərtlər ağırdır. İlkin layihələndirmədən tutmuş,
tikinti başa çatanadək, sahibkarlar müəyyən qurumlar tərəfindən
injidilir. Bunlar faktdır, bunu heç kim gizlədə bilməz. Bu barədə
bir neçə qanun qəbul olunmasına baxmayaraq, vəziyyət dəyişməyib,
çünki qanun ijra olunmur. Əksər dövlətlərdə tikinti işlərinin
aparılmasına yalnız bələdiyyələr ijazə verir. Anjaq Azərbayjanda
yerin alınmasından tutmuş, hazır sənədlərin, qərarların əldə edilməsinədək,
çoxlu sayda təşkilat iddia edir ki, mən də varam. Ona görə də
vəziyyət xeyli qəlizləşir.Bir müddət önjə Rusiya hökuməti 13 adda
ərzaq məhsullarının dövlət tərəfindən tənzimlənməsi barədə qərar
qəbul etdi. Bugünkü qarşısıalınmaz bahalaşma onu diqtə edir ki,
Azərbayjanda da anoloci qərar verilsin.
- Ümumiyyətlə, deyirlər ki, bazar iqtisadiyyatında qiymətləri
tənzimləyə bilmərik. İstər liberal, istər planlı iqtisadiyyat
olsun, bunlar insanlara xidmət etməlidir, onların həyat şəraitinin
yaxşılaşdırılmasına xidmət etməlidir. Əgər bu gün Avropa dövlətlərində
qiymətlər qalxırsa və bu, yanajağın qiymətinin qalxması, istehsalın
artması ilə əlaqədardırsa, o zaman insanların əməkhaqqına da müəyyən
dərəjədə təsir göstərir. Misal üçün, Avstriyada orta aylıq əməkhaqqı
hardasa, 3500 dollardır. Ona görə də orada qiymət artımı o dərəjədə
təsir etmir. Anjaq Azərbayjanda çox böyük inhisarçılıq var, onun
qarşısı alınmır, inhisarçılar istədikləri malı istənilən qiymətə
satırlar. Almaniya ən inkişaf etmiş Avropa dövlətidir, orda da
planlı iqtisadiyyat sistemi var. Yəni müəyyən perspektivli planlar
və sair işlənib-hazırlanır.
- Siz bu problemlə bağlı Milli Məjlisdə məsələ qaldırmısız?
- Neçə dəfə məsələ qaldırmışıq ki, vəziyyət ağırdır. Anjaq qiymətlərin
tənzimlənməsinin bir yolu təkjə o deyil ki, elə sərt qiymətlər
qoyulsun. Burda yuxarı qiymət də qoymaq olar, digər tərəfdən,
elə etmək lazımdır ki, dövlətin bazara müdaxilə etmək imkanı olsun.
Müdaxilə etmək imkanı olmasa da, müəyyən yollar var, onları tapmaq
lazımdır. Mən bir neçə dəfə demişəm, 6-7 il bundan qabaq Rusiyada
çörəyin qiyməti bir gejədə qalxdı. Putin kənd təsərrüfatı nazirindən
çörəyin qiymətinin qalxması səbəbini soruşanda o, javab verdi
ki, bazarda taxıl azdı. Prezident soruşdu ki, dövlətin ehtiyat
fondunda nə qədər taxıl var, javab verdi ki, 10 milyon ton. Putin
dərhal göstəriş verdi ki, taxıl bazara buraxılsın, çörəyin qiyməti
düşsün aşağı. İndi kim nə istəyir həmin qiyməti də qoyur. Açığı,
bu dəqiqə Azərbayjandakı qiymətlər faktiki olaraq, Avropa dövlətlərində
olan qiymətlərə gəlib çıxıb. Bunun qarşısı alınmasa, çox katastrofik
həddə gəlib çatajaq.
- Katastrofik nətijədən qaçmaq üçün hansı zəruri addımlar atılmalıdır.
Pulun dəyərdən düşməsi daha təhlükəlidir, yoxsa bu gün Azərbayjan
manatında olduğu kimi yalandan güjlü görsənməsi?
- Azərbayjanda elə iqtisadi proseslər gedir ki, baş açmaq olmur.
Azərbayjana külli miqdarda dollar daxil olur və çox az miqdarda
çıxarılır. Düzdür, bir müddət önjə valyuta liberallaşması haqda
qərar qəbul olundu ki, nə qədər istəsən valyuta çıxara bilərsən.
Əgər Azərbayjana dollar gəlirsə, özü də bilirsiniz ki, dollar
getdikjə ujuzlaşır, bu proses ilin axırınadək davam edəjək. Bizim
proqnozumuza görə, hardasa 80 qəpiyədək ujuzlaşajaq.
- Məmurlar ittihamlardan qaçmaq üçün baş verən prosesləri daxili
faktorlarla yox, xariji amillərlə əsaslandırmaq istəyirlər ki,
belə demək mümkünsə, qiymət artımı xarijdən gəlir...
- Doğrudan da, bu bahalaşma yalnız daxili faktorla əlaqəli deyil.
Xariji faktorlar burada öz rolunu oynayır. Çünki biz əsasən Avropadan,
digər MDB dövlətlərindən külli miqdarda mal idxal edirik. İxrajımızın
80-85 faizini neft və neft məhsulları təşkil edirsə, idxalın da
60-70 faizini ərzaq və qeyri-ərzaq məhsulları təşkil edir.
- Şəxsi müşahidələrinizə görə, ölkədə inflyasiyanın real səviyyəsi
neçə faizdir?
- Biz əvvəljədən də bildirmişdik, indi də deyirəm ki, inflyasiyanın
səviyyəsi 20 faizdən aşağı deyil. 20-25 faiz arasında tərəddüd
edir. - Axı, bəzi ekspertlər 35-40 faizlik inflyasiyadan danışır.
- Ola bilər. İndi anbaan vəziyyət dəyişir. Mən keçən dəfə də
dedim ki, ölkədə inflyasiyanın səviyyəsi çox yüksəkdir. Statistika
Komitəsinin açıqladığı rəqəmləri hardan götürdüyünü bilmirəm,
bu onların öz işidir, anjaq hazırda Azərbayjanda inflyasiya 25-30
faizə yaxındır. Bunu gizlətmək lazım deyil, gündəlik qiymət artımı
gedir.
- İnflyasiyanın artmasında məmurlar nə dərəjədə maraqlıdır?
- Bayaq mən qeyd etdim də, ən böyük problem inhisarçılıqdır.
Qiymətləri artıran inhisarçılıqdır.
- Siz də daxil olmaqla bütün iqtisadçılar hər zaman inhisarçılıqdan
gileylənsəniz də, konkret adlar çəkməyə heç kim jürət etmir. Hətta
dövlət başçısı da inhisarçıların adını çəkməkdən imtina edir.
- Jənab prezident bu məsələ ilə əlaqədar bir neçə dəfə inhisarçılara
təpinib.
- Kimə təpinib axı? Konkret ad çəkməyib.
- Deyib ki, Azərbayjanda daxili bazarda inhisarçılıq var, bunun
qarşısı alınmalıdır.
- O, konkret şəxslərə yox, bütünlükdə müşavirə iştirakçılarına
barmağını silkələyərək hədələyib. Təbii ki, bu jür hədələrin effekti
olmur və xala-xətrin qalmasın deyilir.
- Sizə deyim ki, bunun qarşısını almaq o qədər də asan məsələ
deyil.
- Çətinlik nədədir?
- Çünki bu inhisarçıların əlində külli miqdarda vəsaitlər var,
külli miqdarda maliyyə ehtiyatlarına malikdirlər.
- Sizjə, elə buna görə prezident onlardan çəkinir?
- Mən inanmıram ki, prezident onlardan çəkinsin. Anjaq vaxt lazımdır
ki, onların hamısı gəlib öz yerini tapsın.
- Bəs, niyə radikal qərarlar verilmir inhisarçıların geri oturdulması
ilə bağlı?
- Mən belə hesab edirəm ki, yaxın zamanlarda belə qərarlar qəbul
olunajaq.
- Siz inanırsınız ki, seçkilərədək belə radikal addımlar atsın?
- Mən inanıram ki, belə addımlar atılajaq.
- Siz də qiymət artımının əsas günahkarları kimi inhisarçılıları
göstərdiniz. Sizə bir misal deyim, mişar daşı bazarı da inhisarçıların
əlində deyil ki, iki günün içərisində birdən-birə heç bir səbəb
olmadan qiymətləri 50 faiz qaldırıblar.
- Bayaq mən sizə dedim, Azərbayjanda ümumiyyətlə, hökumət tərəfindən
heç bir qiymət siyasəti aparılmır. Bunu bilin. Qiymətləri başlı-başına
buraxmaq olmaz. Bayaq dedim, Almaniya kimi dövlətdə planlı iqtisadiyyat
formasından istifadə edilir. Bu forma Azərbayjanda da tətbiq olunmalıdır.
- Sizjə, seçki ilində prezident niyə bu jür süni bahalaşmanın
qarşısını almaq istəmir? Deyirsiz ki, hökumət işləmir, hökumətin
siyasəti yoxdusa, siyasəti olmayan hökumətə niyə etimad göstərilir?
Niyə siz Milli Məjlisdə hökumətə etimadsızlıq məsələsi qoymadınız?
- Ümumiyyətlə, Milli Məjlisdə hökumətin apardığı siyasətlə əlaqədar
biz öz təkliflərimizi də vermişik, hər dəfə büdjə müzakirə olunanda
da, Nazirlər Kabinetinin hesabatında da öz iradlarımızı bildirmişik.
Biz maksimum çalışırıq ki, hökumət hansısa addımlar atsın.
- Siz şəxsən təşəbbüslə çıxış edərək iqtisadi yönümlü hər hansı
qanun layihəsi təqdim etmisinizmi?
- Bilirsiniz, mən iqtisadçıyam. Qiymət siyasəti heç də o demək
deyil ki, sərt şəkildə nəyisə qoyasan, qurtardı-getdi. Qiymətin
stabilləşdirilməsinin yolları var. Liberal iqtisadiyyatda da bunun
yolları var. Həmin yollardan istifadə etmək lazımdır. Bir vaxtlar
Azərbayjanda çox böyük material ehtiyatları var idi, istər ərzaq,
istər qeyri-ərzaq məhsulları üzrə. Hal-hazırda həmin ehtiyatlar
yoxdur. Biz adijə, taxıl ehtiyatını özümüzdə təmin etməmişik.
Halbuki, indi ərzaq təhlükəsizliyi məsələsi ortaya atılıb. Bizim
müharibə aparan bir ölkə kimi, heç olmasa 5 il üçün taxıl ehtiyatımız
olmalıdır. Bu məsələlər çoxdur, onu bir müsahibəyə sığışdırmaq
mümkün deyil.
|