8-11 aprel / 2008
SİZİN ÜÇÜN QƏZET

HURRİYYET.NET


Güləş yığmamız 7 medalla dönür Pəhləvanlarımız Avropa çempionatını 2 qızıl, 1 gümüş, 4 bürünj medalla başa vurub
Finlandiyanın Tampere şəhərində keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə 2008-ji il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa çempionatı başa çatıb. Sayja 51-ji qitə birinjiliyinə 18 pəhləvanla qatılan Azərbayjan yığması 2 qızıl, 1 gümüş, 4 bürünj və Pekin Olimpiadasına 2 vəsiqə qazanıb. Hər iki lisenziyanı millimizin yerli üzvləri əldə ediblər. Belə ki, yunan-Roma güləşçimiz Rövşən Bayramov (55 kq) qızıl medalla yanaşı, qarşıdakı Olimpiadaya vəsiqəyə sahib çıxıb. Sərbəst güləşçimiz Emin Əzizov (66 kq) isə bürünj medal əldə etməsinə baxmayaraq, özündən əvvəlki pəhləvanların hələ ötən il Bakıda təşkil olunan dünya çempionatında Pekinə lisenziya qazanması üzündən, Olimpiya Oyunlarına daha bir vəsiqəyə yiyələnib. Qalan 5 medalla millimizin legionerləri təltif ediliblər. Qadın güləşində Mariya Stadnik (48 kq) qızıl, Elvira Mürsəlova (59 kq) gümüş medala layiq görülüb. Sərbəst güləşçilərimizdən isə E.Əzizovla yanaşı, Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq) və Əli İsayev (120 kq) Bakıya bürünj medalla qayıdıblar. Bununla da güləşin hər üç növündə Pekin Olimpiadasına qazanılan lisenziyaların sayı 7-yə çatıb. Onlardan 48, 55 və 63 kq çəkilərdə qadın, 66 və 74 kq-da sərbəst, 55 və 66 kq-da isə yunan-Roma güləşçilərimiz bu vəsiqələrə sahib çıxıblar. Sərbəst və qadın güləşi üzrə yığmamız ümumi komanda hesabında 3-jü, yunan-Roma güləşi üzrə millimiz isə 13-jü yeri tutub.

Qyoko Hajievski “Olimpik”- ə inanmır“Bu kluba nümayiş etdirdiyi oyunla avrokuboklarda uğur qazanmaq çətin olajaq” >>>>

 

Valyuta kursları
ABŞ dollar 0.83 AZN
AVRO 1.3145 AZN
Rus rublu 0.0354 AZN
Funt sterling 1. 6581 AZN

Hava proqnozu
   
gecə
gündüz
Bakı
+8
+18
Gəncə
+11
+12
Xankəndi
+7
+14
Naxçıvan
+9
+22
Təbriz
+10
+20