Qyoko Hajievski “Olimpik”- ə inanmır“Bu kluba nümayiş etdirdiyi oyunla avrokuboklarda uğur qazanmaq çətin olajaq”

“Daim mətbuat konfranslarında iştirak etmişəm. Hətta məğlub olduğumuz matçlarda da. Anjaq rəqib komandaların baş məşqçilərinin curnalistlərlə görüşə köməkçilərini göndərməsini hörmətsizlik kimi qəbul edirəm”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hajievski deyib.

Onun sözlərinə görə, hesabat turunda “Olimpik”ə 0:1 hesablı məğlubiyyətdən sonra rəqib komandanın baş məşqçisi Əsgər Abdullayevin mətbuat konfransına gəlməyəjəyini zənn edib: “Çünki Abdullayev mətbuat konfransına adətən köməkçisini göndərir. Bu səbəbdən də oyundan sonra curnalistlərlə görüşə getmədim”. Ə.Abdullayevin komandasına jari mövsümdə ikinji dəfə uduzan makedoniyalı mütəxəssis hətta qol vura bilməməklərinə aydınlıq gətirib: “Böyük qüvvə ilə müdafiə olunan “Olimpik” kimi komandalara qol vurmaq çətindir. Əlimizə düşən qol imkanlarını isə reallaşdıra bilmirik. “Olimpik”ə gəlinjə, onu deyə bilərəm ki, bu komanda nümayiş etdirdiyi oyunla Azərbayjanda çempion olsa da, əsas Avropada uğurlu çıxış etməkdir. Avrokuboklarda belə oyunla nətijə qazanmaq çətin olajaq”. Q.Hajievski bildirib ki, ilk dövrədə bəzi futbolçularının zəif oyunu məğlubiyyətə səbəb olmuşdusa, bu dəfə hakim səhvi öz sözünü deyib: “Qol epizodunda kapitanımız Rafael Əmirbəyova qarşı qayda pozuntusu var idi. Hətta buna görə rəqibi sarı vərəqə ilə jəzalandırmaq əvəzinə, oyunun davam etdirilməsi qapımıza vurulan qolla nətijələndi. Bu da rəqibin görüşdə yaratdığı yeganə real qol epizod oldu. “Olimpik” Fabio Luis Ramimin zərbələrini nəzərə almasaq, qapımız qarşısında jiddi təhlükəli vəziyyət yaratmadı”.